Köşə
Bizim yazarlar niyə dünyaya çıxa bilmir?
Tural Turan
Həmişə gənc yazarlarımızın taleyi məni ağrıdıb. Çünki aidiyyəti qurumlar, təşkilatlar onlar haqqında daha peşəkar davranmayıblar. İndi deyəcəksiniz ki, bir çoxları prezident təqaüdünə layiq görülüb, bir çoxları mükafatlar alıb, daha nə istəyirsiniz?
Xeyr, əzizlərim, xeyr! Bizim yazıçılar dünyaya çıxmalıdır. Dünya oxucusuna çıxış əldə etməlidir. İndiki dövrdə Azərbaycan kimi müstəqilliyini yenicə qazanmış ölkələrdə bunu gənc yazıçılar, qələm adamları özləri eləmirlər, bu işlə dövlət orqanları və ya aidiyyəti qurumlar məşğul olurlar. Aydındır ki, bizim şair və yazıçıların əksəriyyətinin maddi durumu dünyaya öz imkanları hesabına çıxmağa imkan vermir.
Bu yerdə Özbəkistan nümunəsini çəkə bilərəm. Özbəkistandakı aidiyyəti qurumlar dövlət xətti ilə gənclərin dünyaya çıxışını təmin etmək üçün əllərindən gələni edirlər. Bunun nəticəsidir ki, qardaş ölkənin gənc yazarları Şərqdə və Qərbdə sürətlə tanınmaqdadırlar. Eyni zamanda Özbəkistan Orta Asiyanın ədəbiyyat mərkəzinə çevrilə bilib.
Dünyaya çıxmaq üçün ilk şərt həmin şair və yazıçıların əsərlərinin aparıcı dünya dillərinə çevrilməsidir. Bunun üçün külli miqdarda vəsait ayrılmalıdır. Bəli, Azərbaycan dövləti bu vəsaiti ayırır. Özü də külli miqdarda. Məsələn, son 3 ildə 3 milyona yaxın pul təkcə şair və yazıçılar üçün ayrılıb.
Bəs bu pullar hara gedir? Bir qismi tərcümə, çevirməyə xərclənir. Bəs kimlərin kitabları çevrilir? – İstedadsız, özünü “reklam” etmək istəyən, ədəbiyyatdan məhəllə təfəkkürü ilə özünə brend ad yaratmaq üçün çalışan “bədəbiyyatçılar”. Elə bizim ədəbi mühiti bədəvi mühitə çevirənlər, üç-beş oxucunu da didərgin salanlar onlar oldu.
İstedadlı uşaqlar – gənc yazarlar isə kənarda qaldı. İstedadsızları Fransada fransızca, Rusiyada rusca çap etməklə zorla həmin ölkələrin oxucularına sevdirmək mümkün olmayacaq. Bu, birmənalıdır. Ona görə də istedadlı uşaqları çıxarmaq lazımdır. Onların sayı da kifayət qədərdir. Məsələn, Emil Rasimoğlu, Fuad Cəfərli, Aqşin Evrən, Aydan Ay kimi poetik sərhədləri qırıb-dağıdan, evrənsəlləşən yazarlarımızı çıxarmalıyıq. Onların imzalarını brendləşdirməliyik.
Rəssamlıqda Sakit Məmmədovu, Tahir Salahovu, Səttar Bəhlulzadəni brendləşdirə biliriksə, ədəbiyyat sahəsində niyə detektiv yazarı Çingiz Abdullayevdən o yana keçə bilməyək?!
Bilirsiniz də, informasiya savaşında həmişə brendlər qalib gəlir. Onların sözü keçir, onların əli öpülür. Qısqanclığımızı bir kənara qoyaraq dövlətin gələcəyi və yüksəlişi haqqında düşünək ki, əl öpənlərimiz çox olsun...
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO