Köşə
Cənablar, öncə dövlətçilik maraqları!
Son günlər Ukrayna və Rusiya arasında baş verən gərginliklərlə bağlı sosial şəbəkələrin Azərbaycan seqmentində insanların “ciddi müzakirələrini” izləyirəm. Özü də söhbət cəmiyyətdə ciddi hesab olunan, ictimai rəy liderləri adlandırılan şəxslərin Ukrayna və Rusiya ilə bağlı fikirlərindən gedir. Doğrudur, çoxları Ukraynanın, az qismi isə Rusiyanın doğru addımlar atdığını söyləyir. Təbii ki, bunlar həmin ictimai rəy liderlərinin, fikir adamlarının şəxsi fikirləridir və hörmətlə yanaşıram. Hörmətlə yanaşa bilmədiyim bir məqam var; heç bizim maraqlarımızı güdənlər yoxdur. Həmin virtual “çəkişmələrdə” kimsə dövlətimizi, ölkəmizin rəhbərliyini məsələlərə “səssiz qalmaqda” suçlayır. Bax, buna adam cırnamasın, neynəsin?!
Birincisi, Azərbaycan işğaldan əziyyət çəkən ölkədir və xalqımız işğalın, ölkəsində savaşın nə olduğunu çox yaxşı bilir. Xalqımız Ukrayna səfirliyinin qarşısında aksiya keçirdi. Savaşdan əziyyət çəkən insanlar üçün yardımlar topladı. Tibbi malzəmələr göndərdi. Bəs cəmi il yarım bundan əvvəl erməni faşistləri Gəncəni, Bərdəni, Tərtəri vuranda eyni addımı Rusiyadan, Ukraynadan gördükmü? Hansı biri 44 günlük müharibənin sivil qurbanlarının ailələrinə, yaralılara bizim etdiyimizin eynisini etdi?! Hansı biri?! Cavab elə “A” varinatı: heç biri!
Ruslardan, ukraynalılardan bir-iki nəfər ictimai şəxsini çıxmaqla kimlər bizim haqlı davamızı bu qədər müdafiə elədi? Yenə cavab “A” variantıdır.
Cənablar, biz ilk olaraq öz dövlətimizin milli maraqlarını, ölkəmizin mənafeyini qorumalıyıq. Bunun üçün hadisələrə baxış bucağımızı bir az gendən götürməliyik.
Ölkə başçısı demiş, nəyi nə zaman edəcəyini dövlətimiz və onun rəhbərliyi çox yaxşı bilir. Artıq sözə ehtiyac yoxdur!
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama


















.jpg)



















