Köşə
Səmimiyyətinə heykəl qoyulası Xan qızı
Onu uzun illərdir tanıyıram. Təbəssümü ilə səmimiyyətə qranit heykəl qoyan bir qızdır. Ürəyinin böyüklüyünə bir neçə Yer kürəsini də sığdırmaq olar. Mübaliğə deyil, ciddi sözümdür. O qədər həssasdır ki, bəlkə də Yerin neçə minlik dərinliyində adi silkələnməni də hiss edə bilir.
Evlərində də qonaq olmuşam, mühafizəkar bir ailədə böyüyüb. Amma bu Xan qızında Şərqlə Qərb mədəniyyəti incə tellərlə birləşir, elə ölkəsi kimi. Bu insan heç kimlə yox, özü-özü ilə mübarizədədir. Bütün xeyirxahlığı və həssaslığı ilə hər dəfə özünə qalib gəlir, çünki çevrəsində ona rəqib kimsə yoxdur...
Bu gün onun doğum günüdür – bayaqdan haqqında danışdığım qızın. Sevinc Xanqızıdan danışıram. Onu bir cümlə ilə ifadə etmək çox çətindir. Çünki hər addımı, hərəkəti bir romanlıq mövzudur. Həmişə tələsir. Birinə yardım etmək, digərinin hayına çatmaq üçün. Haçan baxsam, üzündəki təbəssümün arxasında bir narahatlıq yatır. Sanki qolundakı saatın əqrəblərini dayandırıb zamana hökm etmək istəyir ki, onun narahatlıqları öz həllini tapmamış vaxt da irəliləməsin. Onun bütün saatları insanların gülüşünə, təbəssümünə işləyir. O, hər kəsin ağrısına zaman ayırır, bircə özünün xoş günlərindən başqa...
O, tükənməz və bərpaolunan enerji mənbəyidir, bəlkə də müsbət yüklü enerji deposunun özüdür. Çevrəsindəki hər kiçik detala da duyarlıdır. İndiki zamanda belə insan qalıbmı? – deyə hərdən özümə sual verirəm; cavab yenə də “A” variantıdır – Sevinc Xanqızı...
İçində bir Vətən nisgili var, Çaxırlı, Ləmbəli nisgili. Basarkeçəri görməsə də, onun həsrətini hələ ki, gəlin köçürə bilmir. Amma darıxmasın, o gün də uzaqda deyil.
Sevinc Xanqızı atasının, anasının doğulduğu torpaq həsrətini təbəssümünün dərinliklərindəki nisgildə gizlədə bilib. Sevinc xanım elə insanlardandır ki, onunla neçə yaşında tanış olmusunuzsa, elə o yaşdadır.
Onda Azərbaycan xanımlarına xas bütün koloritlər cəmləşib. O, bəlkə də atdığı addımlarla, gördüyü işlərlə təkbaşına bir ordudur.
Onun manşetlik təbəssümlərində hər səhər Günəş doğur, hər gecə işıqlar yanır. Bir dəfə şəhərdə onun bir dilənçiyə baxışını gördüm. Anladım ki, insan baxışları ilə də dua edə bilir. Onun qüruru da vicdanı qədərdir. Bütün xüsusiyyətləri boyuna görədir, bircə ürəyindən başqa; həssaslığı elə bu dünyanın ağırlığı boydadır.
Doğum günün mübarək olsun, alın yazısı rəngarəng qız!
Tanrı səni sevdiklərinə, ən əsası, iş yoldaşlarına, Publika.az-a çox görməsin!
-
Nəqliyyat00:30Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Oğrulardan ehtiyatlı olun
-
İdman3 Oktyabr 21:36İspaniya mətbuatından Arda Güler şərhi: “Daimi kabus yaşayır”
-
Magazin23 Oktyabr 20:36Hülya Avşar makiyajsız halı ilə diqqət çəkdi - (Foto)
-
Magazin23 Oktyabr 19:00Məşhur aktyorun 13 yaşlı qızı niyə ölüb?
-
İdman3 Oktyabr 18:25Baş məşqçidən Ronaldoya sülh təklifi - Neytral ərazidə...
-
Ekologiya3 Oktyabr 17:13Bu ərazilərə qar yağır - Faktiki hava
-
İdman3 Oktyabr 16:21“Fənərbağça”nın baş məşqçisi: "Qarabağ” komandasını izləyirəm



































.jpg)
