Köşə
Əliyevin İrəvana son ismarışı: Bakı dəmir yumruğunu DÜYÜNLƏYİR
Dünən ölkə başçısı İlham Əliyev “Qlobal dünya nizamına təhdidlər” mövzusunda keçirilən IX Qlobal Bakı Forumunda çıxışında İrəvana sərt xəbərdarlıq etdi. Prezident bildirdi ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü yenə sual altına qoymağa çalışarsa, Ermənistanın özünün ərazi bütövlüyü sual altında qalacaq.
Azərbaycan Prezidneti ilk dəfədir ki, Ermənistana bu qədər sərt və açıq formada xəbərdarlıq edir. İrəvana ünvanan bu sərt ismarışdan təkcə Ermənistana yox, həm də onun Şimaldakı və Qərbdəki havadarlarına pay düşür.
İlham Əliyevin İrəvanın “uzaq doqquzluğuna” ünvanladığı bu sərt ismarışın arxasında bir neçə səbəb durur. Bakı bu mesajla bildirir ki, “Abbasqulu bəy”in, yəni Kremlin “nazı ilə oynamaq” fikrimiz yoxdur. Yəni məsələni yubatmağa, vaxt qazanmağa çalışmayın.
İkincisi, Bakı deyir ki, ərazi bütövlüyünü tanımasanız, mən də sizin ərazi bütövlüyünüzə hörmət etməyəcəyəm. Üstəlik, sərhədlərin delimitasiyasını 1975-ci ilin yox, 28 aprel 1920-ci ilin xəritələrinə əsasən aparacağam, özü də öz gücümə... Yəni, sərt gücdən istifadə olunacaq. Bu da o deməkdir ki, Zəngəzur, Dərələyəz və Göyçə mahalları, eləcə də Dilican və Tovuzqala dairələri 102 ildən sonra Azərbaycan Respublikasının nəzarətinə keçə bilər.
Üçüncüsü, Ermənistan sülh müqaviləsini yubadarsa, növbəti sülh müqaviləsinin şərtləri İrəvan üçün daha ağır olacaq. Yəni Ermənistan bu dəfə vasitəçi olmadan kapitulyasiya aktına imza atacaq. Bu da İlham Əliyevin vaxtilə səsləndirdiyi “bayrağı endir, bük bir yerə qoy, başqa dövlətin tərkibinə keç” çağırışının həyəcan siqnalı olacaq.
Dördüncüsü, Ermənistanın müstəqilliyi sual altına düşəcək.
Beşincisi, Kreml Qafqazdan tamamilə əl-ayağını çəkəcək. Nə vasitəçi, nə də “ağa” kimi bölgədə qala biləcək. Ukrayna savaşı fonunda Azərbaycan Ermənistana öz diqtəsini daha rahat formada etmək üçün şans axtarırdı, həmin şans da öz ayağı ilə Bakının hüzuruna gəlib.
Altıncısı, İrəvan Zəngəzur dəhlizini açmayacağı halda Azərbaycan Ordusu dəmir yumruğu ilə həmin dəhlizi açmağa hazırdır. Amma bu dəfə həmin dəhlizə şanlı bayrağımızı sancaraq...
Yeddincisi, Qərb və Kreml Əliyevin bu günkü ismarışından sonra İrəvanı şapalaqlaya-şapalaqlaya sülh masasına oturtmalıdır.
Səkkizincisi, separatçı quldurlar rusiyalı sülhməramlıların ətəyinin altından çıxaraq silahlarını yerə qoymalı və Bakının sivri qılıncının ucundan öpməli, onun hökmü-şərifini qəbul etməlidirlər.
Doqquzuncusu, İrəvan kələ-kötürlü, tülküquyruq siyasətindən əl çəkməli, havadarlarının təhriki ilə “həsənsoxdu-basməmmədi” replikalarını bir kənara qoyaraq əməli işə güc verməlidir. Yəni, artıq həm yekə, həm də balaca tülkünün quyruğu qapı arasındadır. Bakının isə gözləməyə vaxtı yoxdur. Qapının arxasında isə Bakı tək deyil, Ankara və Londonun da dəmir pəncəli botları hazır vəziyyətdədir.
-
Nəqliyyat00:30Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Oğrulardan ehtiyatlı olun
-
İdman3 Oktyabr 21:36İspaniya mətbuatından Arda Güler şərhi: “Daimi kabus yaşayır”
-
Magazin23 Oktyabr 20:36Hülya Avşar makiyajsız halı ilə diqqət çəkdi - (Foto)
-
Magazin23 Oktyabr 19:00Məşhur aktyorun 13 yaşlı qızı niyə ölüb?
-
İdman3 Oktyabr 18:25Baş məşqçidən Ronaldoya sülh təklifi - Neytral ərazidə...
-
Ekologiya3 Oktyabr 17:13Bu ərazilərə qar yağır - Faktiki hava
-
İdman3 Oktyabr 16:21“Fənərbağça”nın baş məşqçisi: "Qarabağ” komandasını izləyirəm



















.jpg)














.jpg)
