Magazin1
Səidə Sultan əri haqqında: “Fağır kişidir, elə bil ağzı var, dili yoxdur” - FOTOLAR
Artıq özünü aparıcı kimi də sınaqdan çıxaran müğənni Səidə Sultan indi də aktrisalıq edəcək. Xəbəri Publika.az-a sevilən ulduz özü verib:
“Seriala çəkilmək üçün dəvət aldım. Əvvəlcə ssenari ilə maraqlandım. Çox xoşuma gəldi. Komediya janrında olan bir serialdır. Ssenarini bəyənməsəydim, qəbul etməzdim. Komandanı da çox bəyəndim. Cavan və işi bilən insanlar bir yerə toplaşıb”.
Hər zaman aparıcısı olduğu verilişdə də ailə qurmaq haqqında xəbərlərlə gündəmə gələn Səidə Sultan çəkildiyi serialda deyingən arvad surətini canlandıracaq:
“Çəkildiyim serialda baş rolu canlandıracağam. Filmdə deyingən qadın rolunu oynayıram. Həyat yoldaşım isə fağır kişidir, elə bil ağzı var, dili yoxdur. Ümid edirəm, həyatda qarşıma beləsi çıxmaz”.
Səidə Sultan həmçinin, televiziya verilişində aparıcı olmaq üçün təklif aldığını da bildirib:
“İnşallah, yeni mövsümdən məni yenidən aparıcı kimi görə bilərsiniz. Təklif almışam. Qəti fikrimi isə bildirməmişəm. Hələ ki, fikirləşirəm”.
Yay olmasına baxmayaraq, ifaçı istirahət etməyəcəyini də əlavə edib:
“İnanın ki, istirahətə vaxtım yoxdur. Maşallah, iş başımdan aşır. Deyəsən, belə getsə, mən bir də qəbirdə istirahət edəcəyəm”.
İsa Şükürov
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan