Magazin1
"Qarabağ bülbülləri" 25 il sonra görüşdü
25 il sonra ilk dəfə keçmiş “Qarabağ bülbülləri” bu gün yenidən bir araya gəlib. Möhtəşəm görüş “Görüş yeri” verilişində baş tutub. Verilişdə vaxtilə qrupun üzvü olmuş müğənni Tacir Şahmalıoğlu da iştirak edib.
Uzun illərdən sonra rastlaşan musiqiçilər emosional anlar yaşayıb.
Tacir Şahmalıoğlu ilə görüşə gələnlər arasında Elçin Əliyev, Sadiq
Mirzəyev və Nazim Zeynalov olub.
Keçmiş qrup üzvlərini görən Tacir Şahmalıoğlu qrup üzvləri arasında ən balaca olduğunu bildirib.
“Qarabağ bülbülləri”nin ağsaqqalı, ansamblın konsermeystri Sadiq
müəllim olub. Həmişə mehriban olmuşuq. Mən qrupun ən balacası idim.
Mənim 11, onların isə 15-16 yaşı var idi. Məndən böyük idilər”.
Qrupun konsertmeystri Sadiq Mirzəyev isə belə bir görüşün 25 il
sonra baş tutacağını ağlına belə gətirməyib.
“25 il olar ki, Tahiri görmürəm. Bu illər ərzində heç vaxt
görüşməmişik. Torpaqlarımız işğal olunandan sonra uşaqların hərəsi
bir yerə köçdü. Mən gözləmirdim ki, 25 il sonra Tacir ilə görüşə
bilərik”.
Tacir Şahmalıoğlu Nazim Zeynalov haqda danışarkən, hər zaman ondan
çəkindiyini də vurğulayıb.
“Məni döyürdü həmişə. Mən yaxşı oxuyurdum. Amma çox dəcəl olmuşam.
O da məndən 7 yaş böyük idi. Gəlib arxadan onları vurub qaçırdım.
Bir də görürdüm ki, şapalaq gəldi”.
Elçin Əliyev isə Müslüm Maqomayev ilə olan xatirələrini
bölüşüb.
“Təsəvvür edin, 1 ayda 4 dəfə Moskvaya qastrol səfərinə dəvət
alırdıq. Tacir də çox dəcəl idi. Konsert səhnəsində olan elə ip
qalmadı ki, onunla oynamasın. Bunu da Müslüm Maqomayev görürdü.
Dayanıb siqaret çəkə-çəkə ona baxırdı. Rusca da “sakit ol” deyirdi.
Amma gülümsəyirdi. Sonradan bizə dedilər ki, siz yeganə adamsınız
ki, Müslüm Maqomayev ifasını bitirdikdən sonra dayanıb kimisə
izləyir”.
Qeyd edək ki, “Görüş yeri” verilişi həftə içi hər gün saat 11:00-da
“Space” telekanalında yayımlanır.
İsa
-
Dünya10:32
Ərdoğanın bu sözləri Yunanıstanda manşet oldu: Hər kəsin diqqəti ona yönəldi
-
Qoroskop09:42
Sevdiyini anında unudub yeni eşqə yelkən açan ÜÇ BÜRC
-
Nida Xəbər 09:36
Yağış, qar, dolu... - FAKTİKİ HAVA
-
Magazin205:45
Bu ölkələr finala keçdilər
-
Hadisə05:15
Begemotlar turistlərə hücum etdi - Anbaan video
-
Avropa04:44
Keçmiş arvadını və qızını öldürən şəxs Almaniyada SAXLANILDI
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO