Azərbaycanı “Miss Bikini”də bu qız təmsil edəcək - FOTOLAR
Bizi izləyin

Magazin1

Azərbaycanı “Miss Bikini”də bu qız təmsil edəcək - FOTOLAR

Oktyabr ayında “Miss Bikini Universe 2015” beynəlxalq model müsabiqəsinin finalı keçiriləcək. Tədbir Çin Xalq Demokratik Respubliksının paytaxtı Pekin şəhərində baş tutacaq.

Publika.az xəbər verir ki, bu barədə “World Beauty Congress”in Qafqaz ölkələri üzrə koordinatoru, təşkilatçı Aqil Məmiyev məlumat verib:

“Təmsilçimiz Pərvin Həsənzadə ilə birlikdə yarış hazırlıqlarına başlamışıq. Fotosessiyalar, ölkəmizi tərənnüm edən video görüntülər hazırlayır, TV ve media nümayəndələri ilə müsahibələrə start veririk. Pərvinin üzərində tanınmış stilist Günel Ağacanova işləyir. Hazırlıqlar “Eurovision” müsabiqəsi formatında aparılır”.

Xatırladaq ki, Pərvin Həsənzadə daha əvvəl “Miss Eurasia 2014”, “Miss Bikini MDB 2014”, “Miss Asia 2014” yarışlarının qalibi olub.

İsa Şükürov

Fotoqraf Zeynal Məmmədli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm