Magazin1
Azərbaycanın tanınmış aşığı vəfat etdi
Azərbaycanın tanınmış aşığı “Dədə” ləqəbli Aşıq Rəsul
Qurbani ötən axşam 80 yaşında Təbrizdə vəfat edib.
Publika.az-ın trend-ə istinadən məlumatına
görə, bu barədə İranın "khabaronline" xəbər saytı məlumat
verib.
Aşıq Rəsul Qurbani İranda və Azərbaycanda tanınmış
aşıqlardandır.
Ötən gün insult keçirən aşıq Aşıq Rəsul Qurbani Təbrizin İmam Rza
(ə) adına xəstəxanasına yerləşdirilmişdi.
İran və Azərbaycan musiqisinin dəyərli musiqi ustası olan Aşıq
Rəsul Qurbani 1935-ci ildə Qaradağ bölgəsində Abbasabad kəndində
doğulub. O, 1951-ci ildən Aşıq musiqi sənəti ilə məşğul olub. O
aşıqlıq dərsini Aşıq Xeyrulla, Aşıq Heydər, Aşıq Kərim Həzrəti və
digər tanınmış aşıqlardan alıb. Aşıq Rəsul Qurbani 1964-cü ildən
İran televiziyası və radiosunda müətmadi çıxış edib. O, Azərbaycan,
Türkiyə, Almaniya, Fransa, Hollandiya, İngiltərə, Yaponiya, Çin,
Avstralya və digər ölkələrdə keçirilən festivallarda çıxış
edib.
Aşıq Rəsul Qurbaninin bir müddət öncə “Sinəmdə səslənən sazım var mənim” adlı kitabı işıq üzü görüb. O, yaradıcılığı boyu 3 min beyt müxtəlif məzmunlu şerlər oxuyub.
-
Sağlamlıq08:17
Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ