Azərbaycan, Almaniya və Ukraynanın opera ulduzları bir arada
Bizi izləyin

Magazin1

Azərbaycan, Almaniya və Ukraynanın opera ulduzları bir arada

Noyabrın 7-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Cüzeppe Verdinin "Traviata" operasının tamaşası təqdim olunacaq.

Publika.az xəbər verir ki, operada aparıcı partiyalardan biri - Violetta partiyasını teatrın solisti, əməkdar artist İnarə Babayeva, Alfred rolunu isə əməkdar artist Fərid Əliyev ifa edəcək. Onlarla yanaşı, xalq artisti Əli Əsgərov, əməkdar artistlər Səbinə Vahabzadə (Flora) və Anton Ferştandt (Doktor Qrevil) çıxış edəcəklər.

Teatrın rəhbərliyi “Traviata” operasının tamaşasında çıxış etmək üçün Almaniya və Ukraynadan olan sənətçiləri qastrola dəvət edib.

Belə ki, azərbaycanlı opera sənətçiləri ilə birlikdə Ukrayna Milli Operasının aparıcı solisti, Ukraynanın əməkdar artisti, Vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Dmitri Qrişin də tamaşada iştirak edəcək. O, Jermon rolunda oynayacaq.

Opera tamaşasını almaniyalı dirijor, Qut-İmmlinq opera sənəti festivalının musiqi rəhbəri və baş dirijoru Korneliya fon Kerssenbrok idarə edəcək.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm