Deputat qızı qohumlarına: “Sizdən də bir xeyir gəlsin”
Bizi izləyin

Magazin1

Deputat qızı qohumlarına: “Sizdən də bir xeyir gəlsin”

Aygün Səmədzadə yaradıcılıq gecəsinə hazırlaşır.

Publika.az xəbər verir ki, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, bəstəkar Aygün Səmədzadə bu il dekabrın 1-də “Sənət gecəsi” adlı konsert proqramı ilə çıxış edəcək. O, konsertöncəsi açıqlama verərək qohumlarına maraqlı ismarış yollayıb:

“Dostlar və qohumlar, bu dəfə dəvət gözləməyin. Konsertə biletlər satışdadır. Sevdiyiniz musiqimin əvəzində, sizdən də bir xeyir gəlsin”

Xatırladaq ki, konsertin musiqi rəhbəri xalq artisti Teymur Göyçayevdir. Aygün Səmədzadənin mahnılarını səhnədə Qara Qarayev adına kamera orkestri müşayiət edəcək.

Konsertdə bəstəkarın mahnılarını ifa edən bir sıra incəsənət xadimləri iştirak edəcək.

Qeyd edək ki, Aygün Səmədzadə millət vəkili Ziyad Səmədzadənin qızıdır.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm