“Nəsimi”nin Şeyx Əzəmi yad ediləcək
Bizi izləyin

Magazin1

“Nəsimi”nin Şeyx Əzəmi yad ediləcək

Noyabrın 4-də Milli Dram Teatrında görkəmli teatr və kino aktyoru, xalq artisti Məmmədrza Şeyxzamanovun 100 illik yubileyinə həsr olunan xatirə gecəsi keçiriləcək.

Teatrdan Publika.az-a bildirilib ki, xatirə gecəsi Mədəniyyət və Turizm Nazirliyi, Teatr Xadimləri İttifaqı və Akademik Milli Dram Teatrının birgə təşkilatçılığı ilə keçiriləcək.

Xatirə gecəsində M.Şeyxzamanovun sənət dostları görkəmli sənətkarın həyat və yaradıcılığından danışacaq, çəkildiyi filmlərdən fraqmentlər nümayiş olunacaq.

Tədbirdə sənətkarın ailəsinin 1937-ci ildə repressiya ilə üzləşməsindən bəhs olunan səhnə, xalq artistinin sənət yolunu özündə əks etdirən sərgi xatirə gecəsinin iştirakçılarının ixtiyarına veriləcək.

Yubiley mərasiminin rejissoru xalq artisti Mərahim Fərzəlibəyovdur.

Qeyd edək ki, Məmmədrza Şeyxzamanov 1915-ci ildə Gəncədə doğulub. 1934-cü ildə Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrının rejissoru Həbib İsmayılovun təşəbbüsü ilə teatra dəvət edilib.

Kinoda və teatr səhnəsində maraqlı obrazlar yaradıb.

M.Şeyxzamanov 1984-cü il yanvarın 25-də vəfat edib.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm