Magazin1
Ayan sevgililəri ora çağırdı - FOTOLAR

Müğənni Ayan Babakişiyeva İsraildədir.
Publika.az xəbər verir ki, İsrailə anası və qızı ilə birlikdə gedən sənətçinin səfəri həm ziyarət, həm ticarət xarakteri daşıyır. Tel-əvivdə qalan müğənni, ailəsi ilə birgə başqa şəhərlərdə, xüsusilə, tarixi məkanlarda da olublar.
Ayan səfərinin işgüzar tərəfi ilə bağlı hələlik hər hansı məlumat verməkdən imtina edib.
“Sabah yolumuz Yerusəlimədir. Hər bir şəhərin tarixi yerlərini dolaşırıq. Bu səfər həyatımda başqa bir iz qoydu. Sanki 16-cı əsrə döndüm. Özümü orta əsrdə yaşayan biri kimi hiss etdim. Bundan öncə də İsraildə olmuşam. Amma vaxt tapıb bu qədər gəzmək nəsib olmamışdı. Sanki doğma məskənimdəymiş kimi özümü rahat hiss edirəm. Bəlkə də özümü belə xoşbəxt hiss etməmişdim. Andromeda yunan mifologiyasının qəhrəmanıdır. Gözəlliyinə görə dənizdə qayalıqlara bağlanan Andromedanı dəniz canavarının ağzından Perseus xilas edir və orda saf sevginin təməli qoyulur. Uzun illərdir dənizin ortasında yeləşən və dağılmış qayalıqları qəhrəmanların məskəni kimi milyonlarla sevgililər ziyarət edib”.
Ayanın tarixi məkana ziyarəti onda gözəl təəssüratlar yaradıb.
“Ora müqəddəs yerdir. Əsl sevgi hissi yaşayanlar mütləq ora baş çəkir. Mən də gözəl hisslər yaşadım. Bu səfərim yaddaqalan oldu. Ən əsası, ailəm yanımda oldu, heç kim üçün darıxmadım” - deyə müğənni bildirib.
Cəvahir

-
Sosial09:46
DİN polisin ölümü ilə bağlı açıqlama yaydı - FOTO - (YENİLƏNDİ)
-
Qoroskop00:15
Günün ULDUZ FALI: maliyyə stabilliyi hər an pozula bilər
-
Avropa00:00
Ukrayna Ordusu daha bir yaşayış məntəqəsini AZAD ETDİ
-
MDB2 İyul 23:00
Qaraqalpaqıstanda fövqəladə vəziyyət elan edildi
-
Region2 İyul 21:13
Qaydaları pozan rus həkim Ankarada SAXLANILDI
-
Avropa2 İyul 19:36
Parisdə ETİRAZ DALĞASI: onlarla reys təxirə salındı
-
Magazin12 İyul 18:36
Fatimədən İRAD: "Mənim heç yerim sallanmır" - VİDEO
-
Sosial2 İyul 17:58
Azərbaycan və Türkiyə birgə hərbi təlim keçirdi