Əlibaba Məmmədovun arzusu Türkiyədə reallaşdı
Bizi izləyin

Magazin1

Əlibaba Məmmədovun arzusu Türkiyədə reallaşdı

Xalq artisti, ustad xanəndə Əlibaba Məmmədov mahnılarından danışıb.

Publika.az-a açıqlama verən xanəndə vaxtilə musiqilərinin xalq mahnıları adı altında təqdim olunmasının səbəblərini də söyləyib:

“Mən cavan vaxtlarımdan mahnı bəstələyirdim. Lakin o vaxtlar kim idi gənc Əlibabadan mahnı istəyən? Sara Qədimova, Şövkət Ələkbərova, Rübabə Muradova tanınmış bəstəkarların mahnılarını ifa edirdilər. Həmin vaxt mənim mahnılarım o qədər xoşlarına gəlirdi ki, xalq mahnısı adı altında oxuyurdular. Elə o vaxtdan bu musiqilər xalq mahnıları kimi tanındı”.

Xalq artisti ən böyük arzusuna çatdığını da dilə gətirib:

“Həmişə arzum olub ki, mahnılarımdan ibarət diskim çıxsın. Sağ olsun, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyeva məni arzuma çatdırdı. İndiyə qədər yazdığım mahnılarımdan ibarət bir albom çıxartdırdı. Özü də Türkiyədə. İndi ölsəm də, dərdim olmaz”.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm