Vüsalə Kərimova: “Artıq ölü kimiyəm”
Bizi izləyin

Magazin1

Vüsalə Kərimova: “Artıq ölü kimiyəm”

“Ən yaxınlarımın vurduğu zərbədən artıq ölü kimiyəm. İstəyinizə çatdınız... İndi rahatlanın və məndən uzaq olun!”

Bu sözlər ATV telekanalının məşhur telejurnalisti Vüsalə Kərimovaya aiddir.

Publika.az xəbər verir ki, şəxsi həyatı haqda açıqlamasında o, saxta dostlarının həyatına zərbə vurduğunu bildirib.

“Həyatda hamı səhv edir. Yaşayırıqsa, səhv də edirik. Mənim də işimdə və şəxsi həyatımda yanlış hərəkətlərim çox olub. Bir şeyi anladım. Gərək insan həyatını qurban verdiyi birinə yüz faiz əmin olsun. Nə qədər yalandan uzaq biri olsam da, ətrafımda canımdan çox sevdiklərimin ən gözəl sözü belə yalan oldu. Zaman-zaman kimə və nəyə inanacağımı bilmədim. Artıq heç kəsə inamım qalmayıb”.

Bir müddət əvvəl Publika.az-a özəl açıqlamasında telejurnalist sevdiyi və güvəndiyi bəyi tapdığı haqda məlumat versə də, deyəsən, ilk ailə həyatı uğursuz olan aparıcının ikinci cəhdi də uğursuz alınıb.

“Kiməsə güvənmədən, etibar etmədən, sevgisiz yaşamaqdansa, heç yaşamamaq daha doğrudur. Yaxınlarımın vurduğu zərbədən artıq ölü kimiyəm. İstəyinizə çatdınız. İndi rahatlanın və məndən uzaq olun”.

Qeyd edək ki, Vüsalə Kərimova bir dəfə ailəli olub və bir oğlu var.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm