"Aclıq oyunları: Alaycı quş” nümayiş olundu - FOTOLAR
Bizi izləyin

Magazin1

"Aclıq oyunları: Alaycı quş” nümayiş olundu - FOTOLAR

Dünyaca məşhur film olan “Aclıq Oyunları: Alayıcı quş” filminin ikinci hissəsisinin dünya premyerasına iki gün qalmış, Bakıda media mənsubları və digər tanınmış şəxslər üçün filmin qapalı nümayişi keçirilib.

Film Syuzen Kollinzin eyniadlı bestsellerinin sonuncu, 4-cü hissəsi əsasında çəkilib. Filmdə baş rolları Hollivud ulduzları Cenifer Lourens, Liam Hemsvort, Coş Hatçerson, Vudi Harelson, Donald Sazerlend və Culiana Mur canlandırıb.

Fantastika, döyüş və macəra filmlərini izləməyi sevənlər həmin filmi “28 Cinema” kinoteatrında izləyə bilər.

Bakıda filmi izləməyə gələn məşhurlar arasında xalq artisti Faiq Ağayev, teleaparıcı Hüsniyyə Məhərrəmova, rejissorlar Aqil M. Quliyev, Fuad Əlişov və digərlərini görmək olardı.

Filmin nümayişindən əvvəl Publika.az-a açıqlama verən xalq artisti Faiq Ağayev bu janrda filmləri sevdiyini bildirib:

“Aclıq oyunları” filminin birinci hissəsini də izləmişəm. Filmlərdə hər zaman xeyir şər üzərində qələbə qazanır. Birinci hissənin sonunda da buna ümid yaranmışdı. İkinci hissəni isə hələ izləməmişəm. İnanıram ki, bu hissədə xeyir qalib gələcək”.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm