Fədayə Laçın həbsə düşən sevgilisi barədə: “Məndən bunu istəyirdi”
Bizi izləyin

Magazin1

Fədayə Laçın həbsə düşən sevgilisi barədə: “Məndən bunu istəyirdi”

Fədayə Laçın sevgilisinə görə göz yaşı tökdü.

Tanınmış müğənni Fədayə Laçın şəxsi həyatı ilə bağlı şok açıqlamalar verib.

Publika.az xəbər verir ki, xanım sənətçi indiyə qədər heç yerdə danışmadığı sirlərini “Space”in efirində açıb-töküb.

O tanınmış bir şəxslə dəli bir sevgi yaşadığını, amma həmin adamın sonradan həbsxanaya düşdüyünü deyib:

“O çox tanınmış adamdır, mərdliyi ilə ürəyimi ələ aldı. Hamı kimi mən də onu tanıyırdım, amma görüşməmişdik. Onun yaxın qohumunun toyuna dəvət aldım və sənətimə vurğun olan həmin adamla aramızda isti münasibət yarandı. Bu münasibət sonradan sevgiyə çevrildi. Rayonda toyda olanda Bakıdan məni görməyə gəlirdi. Sənətimə çox vurğun idi. Həmişə məndən oxumağımı istəyirdi. Mənə o qədər hədiyyələr bağışlayırdı ki… Doyunca sevgi yaşamadıq, o türməyə düşdü”.

Həbsxanaya düşməzdən əvvəl Fədayə xəstəxanada onunla yaşadığı xoş günləri xatırlayıb:

“O xəstələndi, xəstəxanaya düşdü. Mən də günlərlə yanında qalıb, ona qulluq elədim. Əvvəllər xəstəxana işçiləri bilmirdi ki, mən onun nəyiyəm. Sonradan başa düşdülər və bizə hörmətlə yanaşdılar. Kaş indi də o həbsxanadan çıxıb, xəstə yataydı, mən də ona qulluq edəydim. Amma bilmirəm, onun içində mənə qarşı sevgi qalıb, ya yox. Əgər qalıbsa, onu ömürboyu gözləməyə hazıram”.

Sevgisinə görə göz yaşı tökən Fədayə Laçın həbsxanaya - sevgilisinin görüşünə getmədiyini də deyib: “O özü istəmədi ki, həbsxanaya, onun yanına gedim, çünki çox qürurlu insandır”.

Asya

Oxumağa davam et
Reklam
Reklam

Gündəm