Gülayın həyat yoldaşı: “Onu mənə verən qadına…”
Bizi izləyin

Magazin1

Gülayın həyat yoldaşı: “Onu mənə verən qadına…”

Bu gün müğənni Gülay Zeynallının qızı Sahilənin doğum günüdür.

Publika.az xəbər verir ki, Gülay və həyat yoldaşı, idmançı Kamil qızlarını sosial şəbəkə vasitəsilə təbrik ediblər. Gülay qızına bu sözləri ünvanlayıb:


“Canım qızım, 4 yaşın mübarək. Sən mənim balaca mələyimsən. Həyatıma gəlişinlə bilsən, məni necə xoşbəxt qadın etdin və sayəndə ana oldum. Sən mənim hər şeyimsən”.

Kamil isə həm qızı, həm də xanımının ünvanına xoş sözlər yazıb:

“Allahın mənə bəxş etdiyi ən gözəl, ən dadlı, əvəzolunmaz hədiyyəsi olan qızım Sahilənin ad günüdür. Onu mənə verən Allaha da, qadına da qurban olum! Öz balama nə arzulayıramsa, hər kəsin övladına da onu arzulayıram. Allah qızımı daim xoşbəxt etsin...”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm