Magazin1
Roza Zərgərli: “Bu işlərin başında Aygün Kazımova durur”
Müğənni Roza Zərgərlinin “YouTube” kanalına haker hücumu olub.
Publika.az xəbər verir ki, müğənninin “YouTube” video izləmə portalında 2 kanalı olub. “RozaZergerli” adlı kanalda müğənninin bütün klipləri, çıxdığı verilişlərdə ifa etdiyi mahnılar, “RozaZergerliTV” adlı kanalda isə müğənninin telekanallara verdiyi müsahibələr və çıxdığı verilişlər yer alıb.
Eyni gündə müğənninin kliplərinin yer aldığı kanalla bağlı 5 şikayət daxil olub və “YouTube” administrasiyası tərəfindən portaldan silinib.
Roza Zərgərli Publika.az-a açıqlamasında “Qəmli nağıl” klipi ətrafında yaranan qalmaqala xüsusi toxunub. Onun sözlərinə görə, bəziləri hadisədən istifadə edərək aranı qızışdırmağa çalışıb:
“Qəmli nağıl” klipi qanlı nağıla çevrilmək üzrə idi. Bu qalmaqaldan istifadə edənlər oldu. Hətta cürət edib, klipimi də “YouTube”dan sildirdilər. Bu işlərin başında Aygün Kazımovanın durduğunu düşünürdüm. Bir neçə həftədir bütün vaxtımı bu işə ayırmışam. Artıq bunu edən şəxsin kimliyi məlum olub. Həmin şəxsin ev ünvanına kimi bütün faktlar əlimdədir. Hansı ünvandan şikayət olunubsa, hamısını biləcəksiniz”.
Roza Zərgərli növbəti həftə media nümayəndələri ilə görüş keçirib şok faktları ortaya qoyacaq.
Hazırda müğənni “YouTube” kanalının bərpa olunması üzərində iş aparır.
Qeyd edək ki, “YouTube” portalının qaydalarına əsasən, 3 şikayət alınan kanal silinir və kanala yüklənən videoları izləmək mümkün olmur.
İsa Şükürov
-
Kriminal12:41
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə: daha bir nəfər saxlanıldı
-
Dünya12:01
İngiltərə Ukraynaya “yaşıl işıq” yandırdı: Bizim silahlarla Rusiyanı vur
-
Nida Xəbər 11:04
Bu xəstəxananın vəzifəli şəxsləri SAXLANILDI - Görün nə qədər vəsait mənimsəyiblər
-
Magazin109:51
“Çörək tapmamışıq, anam qonşuya yemək üçün yalvarıb” - Aysundan etiraf
-
Cənubi Qafqaz09:21
İrəvan Almatıda Bakıya təslim olacaq – Ermənistanda nədən qorxurlar? - VİDEO
-
İdman09:00
Ronaldo ilk futbol klubunu 117 milyon dollara SATDI
-
Sosial07:17
Bu gün yağış yağacaq, külək əsəcək - PROQNOZ
-
Avropa06:46
Bu qadın 32,9 kq çəkisi olan sazan tutaraq REKORD QIRDI - VİDEO