Roza Zərgərliyə Türkiyədən təklif gəlib
Bizi izləyin

Magazin1

Roza Zərgərliyə Türkiyədən təklif gəlib

Azərbaycanlı müğənni Roza Zərgərli yaradıcılıq işlərindən danışıb.

Publika.az-a açıqlama verən ifaçı bildirib ki, 2016-cı ildə görəcəyi layihələri artıq planlaşdırıb. Yeni mahnılarla yanaşı, müğənni Türkiyədən də təklif aldığını bildirib:

“Yaradıcılıq işlərimlə bağlı yeniliklərim çoxdur. Məhz buna görə də bütün diqqətimi yaradıcılığıma yönəltmişəm. Barəmdə neqativ danışan bəzi şou əhlinə isə əhəmiyyət vermək, vaxtımı ayırmaq niyyətində deyiləm. Bu yaxınlarda “Spor” adlı mahnını dinləyicilərə təqdim edəcəm. Aranjemanı Elvin Musayevə məxsus olan bu bəstə türk dilindədir. Düşünürəm ki, mahnı maraqla qarşılanacaq. İşlərim bununla bitmir. Öz adımı daşıyan saytımı yeni dizaynda təqdim edəcəm. Bundan başqa yaradıcılığımla bağlı Türkiyədən sürpriz təklif almışam. Həmin təklifi artıq dəyərləndirmişəm. Bu layihəni 2016-ci ildə görəcəksiniz”.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm