Cavan Zeynallı: “Məndən soruşurlar ki…”
Bizi izləyin

Magazin1

Cavan Zeynallı: “Məndən soruşurlar ki…”

Tanınmış müğənni, cazmen Cavan Zeynallı gənclərin musiqi zövqündən danışıb.

Publika.az-a açıqlama verən illərin sənətçisi yeni nəslin musiqi duyumundan məmnun olduğunu söyləyib:

“Tədbirlərdə, konsert proqramlarında retro musiqilərimizi ifa edirəm. Tofiq Quliyevin musiqilərini səsləndirəndə cavanlar heyrətlə soruşur ki, ay Cavan müəllim, bu nə gözəl mahnıdır, bəstəkarı kimdir? Mən də onlara bəstəkar barədə məlumat verirəm, retro musiqilərimizin gözəlliyindən söz açıram. Əslində, gəncləri bu musiqiləri tanımamaqda qınamaq düzgün deyil. Onlar gərək bu mahnıları dinləsinlər ki, tanısınlar. Bu musiqiləri tanıtmaq da biz yaşlı sənətkarların işidir. Mən yeni nəslin musiqi zövqündən çox razıyam”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm