Arif Quliyevə TƏCİLİ pul lazımdır
Bizi izləyin

Magazin1

Arif Quliyevə TƏCİLİ pul lazımdır

Xalq artisti, tanınmış aktyor Arif Quliyev sponsor axtarır.

Publika.az-a açıqlama verən aktyor 66 yaşını təmtəraqlı keçirmək arzusundadır:

“Mayda doğulmuşam. 66 yaşımın tamam olması münasibəti ilə solo-proqramla çıxış etmək istəyirəm. Bu, mənim arzumdur. Yalnız özüm, səhnəciklərlə tamaşaçılarımı sevindirmək istəyirəm. Bu il meymun ilidir, əyləncəli, pozitiv bir il olacaq. Mən də camaatı sevindirmək məqsədi ilə tamaşaçılarıma sürpriz etmək istəyirəm. Amma hələ ki, məkanı müəyyənləşdirməmişəm. Əgər sponsor tapılsa, təşkilati məsələləri üzərinə götürsə, icarə haqqını ödəsə, Heydər Əliyev adına Sarayda çıxış edəcəm. Görək, hələ irəli duran yoxdur”.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm