Xalq artistini itirdik
Bizi izləyin

Magazin1

Xalq artistini itirdik

Xalq artisti Musa Mirzəyev dünyasını dəyişib.

Bu gün evində vəfat edən bəstəkar II Fəxri Xiyabanda dəfn olunacaq.

Bu barədə Publika.az-a Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

82 yaşlı bəstəkar mikro insult xəstəliyindən əziyyət çəkirdi.

Qeyd edək ki, M. Mirzəyev 1933-cü ildə Bakıda anadan olub. O, kamera orkestri üçün “Polifonik simfoniya”, skripka və piano üçün “Romantik poema”, piano üçün “Qəmli melodiya”, piano üçün "Konsert-rondo" və başqa əsərlərin müəllifidir.

Bəstəkar Azərbaycan xalq artisti fəxri adına, “Şöhrət” ordeninə layiq görülüb və prezident təqaüdçüsü olub.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm