Miri Yusif Funda Ararı məhkəmədə uddu - QƏRAR
Bizi izləyin

Magazin1

Miri Yusif Funda Ararı məhkəmədə uddu - QƏRAR

Türkiyəli müğənni Funda Ararla azərbaycanlı ifaçı Miri Yusif arasındakı məhkəmə prosesi sənətçimizin qələbəsi ilə başa çatıb.


Bu barədə Publika.az-a Miri Yusifin prodüseri Emin Əfəndi məlumat verib:

“Oğurluq və başqa xoşagəlməz halların müddəti məlum bir zaman təşkil edir. Bəlkə də dünyada baş verən müəyyən proseslərlə əlaqədar bu müddət bir qədər yubandı. Hər pis əməlin üstü açılır. Türkiyə Müəllif Hüquqları təsdiq etdi: türkiyəli müğənni Funda Ararın 2015-ci ildə oxuduğu “Bağışla” Miri Yusifin 2009-cu ildə ifa etdiyi “Bağışla” mahnısının tam təkrarıdır”.

Qeyd edək ki, Fundanın yeni albomuna daxil etdiyi və klip çəkdirdiyi “Bağışla” adlı mahnıda müəllifinin adını qeyd etməməsi Miri Yusifi özündən çıxarmışdı.

Müğənni müəllif hüququnun tapdalandığını bildirərək, məhkəməyə müraciət etmişdi.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm