Sevda Yahyayeva yarmarkadan alış-veriş edir
Bizi izləyin

Magazin1

Sevda Yahyayeva yarmarkadan alış-veriş edir

“Bir libasdan xoşum gəlsə belə, onu məndən öncə geyinən varsa, heç vaxt həmin paltarı almaram”.

Bunu müğənni Sevda Yahyayeva Publika.az-a açıqlamasında deyib. Onun fikrincə, müğənni fərqli geyinməlidir, səhnədə yalnız səsi ilə deyil, həm də görünüşü ilə diqqət çəkməlidir.

Sevda aldığı malın brend olub-olmamasına fikir vermir:

“Geyimlərimin bahalı olmasına can atmıram. Hər kəs büdcəsinə görə alış-veriş edir. Ümumiyyətlə, çalışıram özümə yaraşan paltar geyinim. Ona görə də qiymətindən çox, keyfiyyətinə diqqət edirəm. “Geyimim mütləq bahalı butiklərdən olmalıdır”, - deyə, özümə şərt qoymuram. İnsanın öz zövqü olmalıdı və özünə yaraşanı bilməlidir”.

Müğənni vaxtı ilə geyim yarmarkalarına üz tutduğunu da açıqlayıb:

“Sonuncu dəfə bəyəndiyim paltarı tikdirmişdim. Dükanlara, yarmarkalara mən də müraciət etmişəm. Hətta bəzən şəhərin tanınmış butiklərində tapa bilmədiyini, həmin yarmarkalarda tapmaq mümkündür. Çünki çeşidlər daha çoxdur”.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm