Xəstəliklə çarpışan yazıçı: “Dərdimə əlac tapılmır”
Bizi izləyin

Magazin1

Xəstəliklə çarpışan yazıçı: “Dərdimə əlac tapılmır”

Tanınmış yazıçı Vidadi Babanlının səhhətində hələ də irəliləyiş yoxdur. Onun müalicəsi ev şəraitində davam etdirilir.

Publika.az-a açıqlama verən qocaman yazıçı ayağa qalxıb, yazı masasına əyləşəcəyi günü səbirsizliklə gözlədiyini deyib:

“Düz altı aydır ki, yorğan-döşəyə məhkum olmuşam. Dərdimə əlac tapılmır. Sınan ayağım hələ də düzəlməyib, yeriyə bilmirəm, dəmir hasaya söykənib bir-iki addım atıram. Yazı masasına həsrətlə baxıram, çünki yarımçıq qalmış əsərim məni gözləyir. Elə bilirəm oturub əlimə qələm alsam, sağalaram. Amma həkimlər o günü hələ çox gözləyəcəyimi deyib. Ümid qalıb Allaha”.

Yazıçı sadəcə xəstəlikdən deyil, qocalıqdan da gileylənib:

“Deyirlər, sınıq yaşımla əlaqədar gec bitişir. Qocalıq üzümü qara edib”.

Xatırladaq ki, Vidadi Babanlı istirahət zamanı yıxılaraq ayağını sındırıb.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm