Magazin1
Doğuş Xoşqədəm barədə: “Elə bildim mələk görürəm...”
Müğənni Doğuş azərbaycanlı həyat yoldaşı, telejurnalist Xoşqədəm Hidayətqızı ilə ilk qarşılaşmasından danışıb.
Publika.az xəbər verir ki, “Beyaz TV”də “Söylemesek olmaz” verilişinin qonağı olan müğənni ona etdiyi evlilik təklifi haqda marağa səbəb olacaq açıqlamalar verib. O, həmçinin Xoşqədəm Hidayətqızının hamiləliyinin 6-cı ayında olduğunu söyləyib:
“Bakıdan zəng gəldi ki, kimsəsiz uşaqlar evi var. Ora getmək lazımdır. Dedim ki, bu qədər ödəniş etsələr, gedərəm. Həmin uşaq evi Türkiyədə yerləşir. Razılaşdılar. Biz də təyyarəyə minib uçduq. 3 nəfər idik. Uşaq evində əqli çatışmazlığı olan uşaqlara baş çəkdik. Xoşqədəmi ilk dəfə orada gördüm. Elə bildim bir mələk gördüm. Çox gözəl qadındır. Bütün diqqətimi çəkdi. “Mənimlə evlənərsənmi?”, - deyə soruşdum. Hələ 14 yaşımda demişəm ki, insanları tanımaq dənizdən stəkanla su boşaltmağa bənzəyər. Amma birinə qarşı nə hiss etdiyin önəmlidir. Evliliyimizdən bir il keçdi, hələ də yeni aşiqlər kimiyik. Həyat yoldaşım 5 ay yarımdır hamilədir. Əkizimiz olacaq. Uşaqlardan biri oğlandır. O birisi isə hələ bəlli etmir. Xanımım qız istəyir. Mən isə deyirəm, oğlan olsun, vətənini qorusun”.
İsa Şükürov
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi