
Xalq artisti Brilliant Dadaşovanın aktrisa bacısı, FOX
TV-də yayımlanan “Zuhal Topalla izdivaç” verilişinə qatılan Sədaqət
Dadaşova şikayətlənib.
Axşam.az-ın məlumatına görə, S.Dadaşova sosal şəbəkədə status
yazaraq illərdir sənətinə görə ona qiymət verilmədiyini
bildirib:
“Ay mənim dostlarım, əzizlərim... Gördüyünüz kimi, bir günün
içində gündəmə gəlib, Azərbaycanın önəmli mövzusuna çevrilmək üçün
1 dəqiqəlik şou yetərli idi. İllərimi sənətə verdim. Amma görünür
ki, sənət heç kimə maraqlı deyil. Çoxu qalmaqal axtarışındadır.
İndi sübut etdim ki, ölkəmizdə bir-iki kəlmə sözlə gündəmi zəbt
etmək su içmək qədər asandır”.
Qeyd edək ki, xalq artisti Rəfael Dadaşovun keçmiş həyat yoldaşı
olan Sədaqət Oqtay adlı bir kişi üçün namizəd olmuş, sonra onunla
razılığa gəlməmişdi. Verilişdə iştirakını davam etdirən aktrisa
üçün Asif adlı kişi zəng vurub, onunla 27 il əvvəl sevgi yaşadığını
demişdi. Asifin dediklərini təsdiqləyən S.Dadaşova ondan bir övlad
dünyaya gətirdiyini də bildirmişdi:
"Onunla 7 il eşq yaşadıq. Ailəli idi, övladları da varıydı. Mənə dedi ki, uşaq dünyaya gətir, sənlə evlənim. Mən də uşaq dünyaya gətirdim, amma sözündə durmadı. Dörd övladım var. Onlardan biri bu kişidəndir. Digər üç övladımın atası isə əmim oğludur (xalq artisti Rəfael Dadaşov – red.). Əbəs yerə buraya zəng edib. Bizim aramızda hər şey bitib”.