Tolikə ağlasığmaz SÜRPRİZ
Bizi izləyin

Magazin1

Tolikə ağlasığmaz SÜRPRİZ

Tanınmış prodüser Tarix Əliyev (Tolik) Dağıstanın "əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülüb.

Prodüser təəssüratlarını Publika.az-la bölüşüb:

“Bu ada məni Dağıstanın prezidenti Ramazan Abdulatipov layiq görüb. Təsəvvür edin, mən Dağıstanda cəmi bir neçə tədbir keçirmişəm. Onlar təşkilatçılıq işlərimi çox bəyəndilər, mənə dedilər ki, diplomlarını və şəxsiyyət vəsiqəsini bizə göndər. Elə hesab edirdim ki, yəqin bir diplom verəcəklər. Ağlıma da gətirməzdim ki, belə bir fəxri titula layiq görüləcəm. Çox sevincliyəm. İnsan zəhmətinin bəhrəsini görəndə ürəkdən sevinir. Prodüser onu da bildirib ki, bir neçə gün sonra Dağıstana gedib, rəsmi mərasimdə iştirak edəcək.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm