Beyin əməliyyatı keçirən məşhur: “Deyirlər, tərpənə bilmir”
Bizi izləyin

Magazin1

Beyin əməliyyatı keçirən məşhur: “Deyirlər, tərpənə bilmir”

Bir neçə ay bundan əvvəl ağır əməliyyat keçirən tanınmış bəstəkar, bir çox hitlərin müəllifi Tahir Əkbərin səhhətində irəliləyişlər olsa da, sənətkar həkim nəzarəti altında müalicəsini davam etdirir.

Bu barədə Publika.az-a bəstəkar özü açıqlama verib:

“Çox adam elə bilir ki, ağır xəstəyəm, hətta tərpənə bilmirəm. Şükür Allaha yaxşıyam, amma ağır əməliyyat olduğundan müalicəm ev şəraitində davam edir. Həkim nəzarətindəyəm. Keçən ay 70 yaşım tamam oldu, inşallah, bu münasibətlə apreldə müəllif konsertim də olacaq. Yenə də mahnılar bəstələyirəm, yenə də yaradıcılıq həvəsim aşıb-daşır. Bundan gözəl nə ola bilər ki…”

Qeyd edək ki, Tahir Əkbər ötən ilin sonunda ağır beyin əməliyyatı keçirib.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm