Operamızın Məcnunu 78 yaşını qeyd edir - VİDEO
Bizi izləyin

Magazin1

Operamızın Məcnunu 78 yaşını qeyd edir - VİDEO

“Şur”, “Seygah” muğam dəstgahları, “Arazbarı”, “Qarabağ şikəstəsi” zərbi muğamlarının mahir ifaçısı, “Seygah” muğamına möhür vuran ustad xanəndə Arif Babayevin doğum günüdür.

Publika.az xəbər verir ki, XX əsrin ikinci yarısında Qarabağ xanəndəlik məktəbinin görkəmli nümayəndələrindən olan Arif Babayev Seyid Şuşinski, Xan Şuşinski, Zülfi Adıgözəlov kimi sənətkarların ənənələrinə əsaslanaraq, özünəməxsus ifaçılıq üslubu ilə tanınıb.

Əvvəl Azərbaycan Dövlət Filarmoniyasına, sonra isə Azərbaycan Dövlət opera və Balet Teatrına solist kimi dəvət olunan Arif Babayev bu teatrın səhnəsində muğam operalarında Məcnun, Kərəm, Aşıq Qərib, Camal kimi yaddaqalan obrazlar yaradıb. Xanəndənin ifasında bütün muğam dəstgahlar səslənib və lentə alınaraq Qızıl Fonda daxil olub.

Heydər Əliyev Fondu tərəfindən xanəndənin səsyazılarından, həyat və yaradıcılıq yolunu əks etdirən şəkillərdən ibarət CD-albom da nəşr olunub.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm