Aygün Kazımova və Samir Piriyev kimi ağladacaq? – AUDİO
Bizi izləyin

Magazin1

Aygün Kazımova və Samir Piriyev kimi ağladacaq? – AUDİO

Vaxtilə xalq artisti Aygün Kazımovanın aparıcısı və layihə rəhbəri olduğu “Xeyir olar” verilişində bir araya gəlib, teleməkanda reytinqləri alt-üst edən Aygün Kazımova və Samir Piriyev cütlüyü yenidən birləşib. Bu dəfə onlar aparıcı kimi deyil, duet ortağı olaraq bir araya gəlib.

Publika.az xəbər verir ki, Aygün Kazımovanın ən məhsuldar və işinin peşəkarı adlandırdığı prodüser Anar Mədətovun hazırladığı layihə “Ağlasın” adlanır. Duetdən kiçik hissə sosial şəbəkədə paylaşılıb. Əksər sosial şəbəkə istifadəçiləri bu dueti Aygün Kazımovanın ən uğurlu duetlərindən biri hesab edib.

Yenidən birləşən cütlük “Ağlasın” adlı duetlə şou biznesdə çoxunu ağladacaqlarını düşünür.

Qeyd edək ki, mahnının sözləri Hacı Akifə aiddir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm