Murad Arif: “Ağ günə çıxsaq, qadınların hesabına...”
Bizi izləyin

Magazin1

Murad Arif: “Ağ günə çıxsaq, qadınların hesabına...”

“Ağ günə çıxsaq, bunun daha çox qadınların hesabına olacağını düşünürəm”.

Publika.az xəbər verir ki, bu fikrin müəllifi, son illərdə bəstəkar və müğənni kimi fəaliyyət göstərən tanınmış aparıcı Murad Arifdir. O, qadınlara olan sonsuz sevgi və sayqısından bəhs edən status paylaşıb:

“Bizim qadınlarda olan mərdlik başqa xalqlarda çətin tapılar. Onlara olan heyranlığımın sonu yoxdur. Təəssüf ki, bir çox hallarda biz kişilər onlara layiq olmaya bilirik. Bəlkə də kişilərimizin zəifliyindən dolayı daha güclü və cəsarətli olmaq məcburiyyətindəsiniz, bəlkə də bu, Tanrının qərarıdır, bəlkə də müharibənin fəsadlarıdır... Bilmirəm! Amma, ağ günə çıxsaq, bu daha çox qadınların hesabına olacağını düşünürəm. Ona görə də, qızlarımıza təhsil vermək, onları şəxsiyyət kimi yetişdirmək çox önəmlidir. Onlar çox şeyə qadirdir!”

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm