Azərbaycanlı müğənni özündən çıxdı: “Kimsən axı sən?”
Bizi izləyin

Magazin1

Azərbaycanlı müğənni özündən çıxdı: “Kimsən axı sən?”

Müğənni Aslan Hüseynov Alternativ TV-də yayımlanan “Şou məkan” verilişinə açıqlamalar verib.

Publika.az xəbər verir ki, ifaçı həmkarlarını tənqid edib:

“Bəzi ifaçılar şah-padşah olub, sonradan nökərə çevriliblər. Mən onlardan deyiləm. Hətta xalq artistlərimiz var ki, əvvəl guruldadılar, sonra da özlərini ucuz reklam elədilər. Elə ucuz yollarla gündəmdə qalmaqdansa, qalmamaq yaxşıdır. Səhər, günorta, axşam efirə çıxıb ağızlarına gələni danışırlar. Olmayan söhbətləri deyirlər. Belə halda da onları izləyən milyonlarla insan deyir ki, “Kimsən axı sən?”. Mən elə şeylər etmək istəmirəm. Ad çəkməsəm də, düşüncəli tamaşaçılar kimləri nəzərdə tutduğumu anlayırlar. Əsas odur ki, sən özün olasan, sənətə yenilik gətirəsən. Mən çox yenilik gətirmişəm, paxıllar bunu qəbul etmirlər”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm