Tolik İlhamə haqda: “Ölüm haqdır, lakin...”
Bizi izləyin

Magazin1

Tolik İlhamə haqda: “Ölüm haqdır, lakin...”

Bu gün səhər saatlarında İlhamə Quliyeva dünyasını dəyişib. Qəfildən halı pisləşən müğənniyə Təcili Tibbi Yardım çağırılsa da, ifaçının həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, İlhamə Quliyeva sonuncu dəfə Tolikin ad alması münasibətilə təşkil edilən tədbirdə iştirak edib.

Tolik Publika.az-a açıqlamasında bu xəbərə çox təəssüfləndiyini və halının pis olduğunu bildirib:

“Əlbəttə ki, ölüm haqdır, lakin İlhamə Quliyeva heç kimin qabağında əyilmədi, mərd öldü, xəstəxanaya düşüb yorğan-döşək xəstəsi olmadı. Bəzi insanlar onu əlacsız və xəstə vəziyyətdə görmədi. Qeyd edim ki, sonuncu dəfə İlhamə xanım mənim tədbirimdə iştirak etmiş və orada oxumuşdu. Nə deyə bilərəm, gözünü əbədiyyən dünyaya yumdu. Allah rəhmət eləsin. Bu xəbərdən sarsılmamaq əlimdə deyil”.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm