Magazin1
Manana uzun saçlarının sirrindən danışdı - VİDEO/FOTO
Manana saçını heç vaxt boyamadığını, həmçinin imicində dəyişiklik etmək istəmədiyini bildirib.
Publika.az xəbər verir ki, müğənni saçlarının gözəl görünməsini heç vaxt siqaret çəkməməsi, həmçinin spirtli içkidən uzaq olması ilə əlaqələndirib:
“Saçımı heç vaxt boyamamışam, heç düşünmürəm də. 17-18 ildir Azərbaycanda yaşayıram, hər gün saçımı fenləyirəm. Buna baxmayaraq, saçım öz təbii parıltısını itirməyib. İki övladım var. Onları həyata gətirəndən sonra bir müddət saçım tökülməyə başladı, amma sonra dayandı. Saçıma qeyri-adi qulluq göstərmirəm. Sadəcə, sağlam qidalanmağa çalışıram. Saç və dərinin necə görünməsi yeməkdən də çox asılıdır. Bundan əlavə, heç vaxt siqaret çəkməmişəm, spirtli içki içməmişəm. Dadını da bilmirəm. Hərdən deyirlər ki, “Manana gürcüsən, bir az çaxır iç”. Amma istəmirəm, spirtsiz də həyat gözlərimdə rəngarəng görünür. Siqaretdən və alkoqoldan uzaq qalanda üz də, orqanizm də, dişlər də sağlam olur”.
Aytən
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?
-
Sağlamlıq10:50
Təzə və ya köhnə olduğu bilinməyən çərəzlər: Bizi hansı təhlükə gözləyir?
-
Rəsmi xronika10:20
İlham Əliyev Almaniya prezidentinə başsağlığı verdi
-
Art09:36
Azərbaycanda aktyor vəfat etdi - Foto