Arif Babayev rus müğənniyə səsləndi: “Gəl, sənə göstərim…”
Bizi izləyin

Magazin1

Arif Babayev rus müğənniyə səsləndi: “Gəl, sənə göstərim…”

Rusiyanın xalq artisti, bakılı müğənni Larisa Dolinanın “Rossiya 1” telekanalında yayımlanan “Odin v odin” proqramında muğamı ermənilərin məharətlə oxuduğunu söyləməsi xalq artisti Arif Babayevi özündən çıxarıb.

Publika.az-a açıqlama verən xanəndə erməninin heç vaxt muğam oxumaq qabiliyyətinin olmadığını bildirib: “Lorisadı-Dolisadı, nədi, mən heç onu tanımıram da. Getsin öz işi ilə məşğul olsun. Erməni nə vaxtdan muğam oxuyan olub? O vaxt “Haş-tuş” adlı bir oyun havaları vardı, çalırdılar, 500 nəfər tökülüşürdülər ortaya. Biz muğam oxuyanda səslərini də çıxarmırdılar, ölürdülər bizim oxumağımızdan ötrü. Mən Amerikada qastrol səfərində idim. Onda müharibə təzə-təzə başlayırdı. Muğam oxuduq, başımıza o qədər şabaş tökdülər ki, pullar ayağımızın altında qaldı. Çalğıçılara dedim ki, biriniz də o pula əl vurmayacaqsınız. Özlərinə də qayıtdım ki, pulumuz da var, evimiz də, avtomobilimiz də. Muğam boğazları ancaq bizə məxsusdur. O Lorisa elə erməninin tayıdır, həmişə onlara yaltaqlanıb. Burdan ona səslənirəm: Ağzına gələni danışma, gəl yanıma, bir “Çahargah” oxuyum, sənə göstərim muğamı kim oxuya bilir: erməni, yoxsa azərbaycanlı?”

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm