Aygün Kazımova ağır xəstəliyə tutulması xəbərindən danışdı
Bizi izləyin

Magazin1

Aygün Kazımova ağır xəstəliyə tutulması xəbərindən danışdı

Xalq artisti Aygün Kazımova ağır xəstəliyə tutulması xəbərinə münasibət bildirib.

Publika.az xəbər verir ki, müğənni açıqlamasında ağır xəstəliyə tutulmadığını bildirib:

“Artıq bir neçə gündür ki, Bakıdayam. Aprelin 5-də İstanbula səfərə getmişdim və bu xəbəri instaqramdakı izləyicilərimlə bölüşdüm.

Ümumiyyətlə, mənim heç kəsdən gizləyəsi addımım olmayıb. Sevincimi, kədərimi, ağrımı, acımı hər dəfə sizinlə bölüşmüşəm. Vətəndən kənar olsam da, Vətənim və vətəndaşlarımla birgə olduğumu hər dəfə hiss etdirmişəm. Bu, mənim vətəndaşlıq borcumdur. Bu görüntüləri paylaşanda mən Acıbadəm Xəstəxanasında idim. Amma kimlərinsə uydurduğu ağır xəstəliyə görə yox, kiçik bir estetik əməliyyata görə xəstəxanaya getmişdim. Estetik əməliyyatdan sonra İstanbulda imicimdə də dəyişik etdim. Kimlərinsə uydurduğu və arzu etdiyi heç bir xəstəliyim yoxdur. Aprelin 5-də necə sağ-sağlam İstanbula yola düşmüşdümsə, aprelin 7-də də eyni ilə sağlam, hətta yeni “şamplena” görkəmimlə Vətənimə döndüm. Bu gün məkrli məqsədi ilə gündəmə gəlmək istəyən vəkilə demək istəyirəm ki, illərdir müdafiə etdiyi tərəfi boşuna xəyal qırıqlığına uğratmasından danışsın, daha mənim olmayan xəstəliyimi müzakirə etməsin. Xəstəliyim haqqında yaydığı xəbər şər və böhtandır! Mən ildə bir neçə dəfə Acıbadəm Xəstəxanasına gedirəm, bunun məqsədi estetik əməliyyatlarımla bağlıdır və bunu hər zaman elə özüm söyləyirəm. Mənim estetik əməliyyatla bağlı xəstəxanada olmağım və ya estetik əməliyyat etdirməyim beləmi sensasiyalı xəbərdir? Görünür, vəkilin xəbəri bu cürə yaymaqda məqsədi məhkəmələrdə onlara sərf etməyən nəticələrin əldə olunmasıdır. Əgər mən susuramsa, bu o demək deyil ki, mən məğlub tərəfəm. Sadəcə, boş və maraqsız saydığım söhbətlərlə gündəmi zəbt etmək istəmirəm”.

Xatırladaq ki, Natavan Həbibinin vəkili Fərid Həsənov dekabrdan etibarən xəstəliyi ilə bağlı olaraq xalq artistinin ölkədən çıxmasına dair qadağasının ləğv edildiyini deyib. O, bildirib ki, dekabrda Aygün Kazımovanın vəkili Ədliyyə Nazirliyinin İcra şöbəsinə müraciət edib: "Quruma xalq artistinin ağır xəstə olması barədə sənəd təqdim edilib. Müğənninin müalicəsinin ölkə daxilində mümkün olmadığı bildirilib. Çox ağır xəstəliyə tutulub, ona görə də təcili xaricə getməlidir. İcra haqqında qanuna görə, şöbənin belə bir səlahiyyəti var ki, onun qadağası ləğv edilsin. Biz də dedik ki, ehtiyac varsa, getsin. Sağlamlıq hər şeydən önəmlidir. İcrada sənətçinin ağır xəstəliyi barədə arayış var, ekspertlər yoxlayıb, Aygün Kazımovanın xəstə olması sübuta yetirilib. Xəstəliyinin adını isə açıqlaya bilmərəm”.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm