Həkimlərdən Rafiq Hüseynova QƏTİ QADAĞA
Bizi izləyin

Magazin1

Həkimlərdən Rafiq Hüseynova QƏTİ QADAĞA

Xalq artisti, tanınmış diktor Rafiq Hüseynov Türkiyədən müayinədən qayıdıb.

Diktor səhhəti ilə bağlı Publika.az-a açıqlama verib: “Bu xəstəlik elədir ki, dava-dərman qəbul etmirsən. Amma mütəmadi olaraq həkim müayinəsindən keçməlisən. Mən də yenidən Türkiyəyə gedib müayinə olundum. Həkimlərin cavabı müsbət oldu. Hələ ki, vəziyyətim yaxşıdır. Xəstəlik irəliləməyib”.

Xalq artisti türk həkimlərin ona qadağa qoyduğunu da deyib: “Həkimlər qəti şəkildə tapşırdılar ki, siqaret çəkməyim. Amma xeyri yoxdur, siqaretdən əl çəkə bilmirəm. Mənə elə gəlir ki, siqaret çəkməsəm, daha da pis olaram”.

Xalq artisti bir neçə ildir ki, xərçəng xəstəliyindən əziyyət çəkir.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm