Zoriki Vətənə buraxmadılar: “Əlimi kəsdim, ağladım” - FOTOLAR
Bizi izləyin

Magazin1

Zoriki Vətənə buraxmadılar: “Əlimi kəsdim, ağladım” - FOTOLAR

Zorik kimi tanınan rejissor Zöhrab Ağayev onun haqqında gəzən dedi-qodulara son qoyub.

Hazırda Türkiyədə olan rejissor Publika.az-a açıqlama verib: “Şou-biznesin bəzi ağzı göyçək müğənniləri haqqımda lazımsız sözlər danışırlar. İstanbulda olmağıma baxmayaraq hər bir şeydən xəbərim var. Guya deyirlər ki, Zoriki Bakıya buraxmırlar. Amma əslində heç də elə bir şey yoxdur. 3-4 aydan biri Bakıya, ailəmin yanına gəlirəm. Bir müddət öncə ölkədən çıxmağım üçün problem yaranmışdı. Belə ki, keçən il yay mövsümündə vətənə geri döndüm. Ailəmi ziyarət edib, Dubaya, sonra isə İstanbula səyahət edəcəkdim. Artıq biletlərimi belə almışdım. Hava limanına yaxınlaşanda mənə söylədilər ki, vergilər nazirliyinə şirkətim olduğum üçün külli miqdarda borcum var. Söylədim ki, fəaliyyətimi 3 ildir ki, dayandırmışam, Bakıda yaşamıram. İsrarla bildirdilər ki, borcunuz var. Siz Dubaya uça bilməzsiniz. Məyus halda vergilər nazirliyinə müraciət etdim. Onlar hər şeyi aydınlaşdırdıqdan sonra bildirdilər ki, 1 qəpik belə olsun, borcunuz yoxdur, rahat ölkəni tərk edə bilərsiniz. Biletlərimin saatını dəyişib, axşam reysi ilə getməyi planlaşdırdım. Yenə mənə Bakı aeroportunda problem yaratdılar. Azərbaycanı tərk etməyə icazə vermədilər. Yenidən bildirdilər ki, Vergilər Nazirliyinə borcum var”.

Prodüser özünə xəsarət yetirdiyini də deyib: “Onlara izah etməyə çalışsam da, məni anlamadılar. Əlimi kəsdim, ağladım. Xeyri olmadı. Pis vəziyyətdə evə qayıtdım. Səhəri gün Daxili İşlər Nazirliyinə məktəb yazdım. Nazirlikdən cavab gəldi ki, Bakıdan çıxışıma heç bir məhdudiyyət qoyulmayıb. Daha sonra Vergilər Nazirliyini məhkəməyə verdim və qalib gəldim. İşimə düzgün baxdıqları üçün Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə təşəkkür edirəm. Həmin günün axşamı Azərbaycandan küsərək, ölkəni tərk etdim. Bu haqda heç kimə danışmadığıma görə barəmdə əsası olmayan məlumat yayırlar. Həmin insanlara fikir vermirəm. Xüsusi ilə qeyd edim ki, mən öz ölkəmi çox sevirəm. Azərbaycanın qayda-qanunlarına hörmətlə yanaşıram. Bu açıqlamamdan sonra hər kəs öz yerini bilsin. Yalandan haqqımda insanların beynində pis fikirlər yaratmasınlar ”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm