Sayqa həmkarını SÖYÜB-SULADI: “Get...”
Bizi izləyin

Magazin1

Sayqa həmkarını SÖYÜB-SULADI: “Get...”

Prodüser Sultanın həmkarı Sayqa haqqında qalmaqallı açıqlaması qarşı tərəfi özündən çıxarıb.

Publika.az-a danışan Sayqa ümumiyyətlə, Sultan adlı adamı tanımadığını deyib və onun həkimə müraciət etməsini məsləhət bilib: “Elə bir adam tanımıram və tanımadığım şəxs haqqında da heç nə deyə bilmərəm. Mən tanınmış simayam. Tanımadığım şəxslərin məni tanıması normaldır. Qaldı ki, o şəxsin adımı hallandırmasına, məncə, ünvanı səhv salıb. O, həkimə müraciət etməli idi. Sabah, birigün hansısa cinayət əməlinə düçar olacaqsa, bunu mənim üzərimə qoya bilməz. Mənim bu işlərə ayıracaq vaxtım yoxdur, vəkilimə müraciət edəcəm ki, bu məsələ ilə məşğul olsun. Ona deyirəm ki, get, özünü həkimə göstər. Onu da qeyd edim ki, bunu özümə qarşı təxribat kimi qiymətləndirirəm. Başıma bir iş gəlsə, Sultan cavab verəcək".

Qeyd edək ki, Sultan qarşı tərəfin ünvanına belə deyib: “İndi də məni şantaj edirlər, hədə-qorxu gəlirlər. Dəfələrlə məni öldürməklə, başımı kəsdirməklə hədələyiblər. Vəkilimə hər şeyi yazıb, qoymuşam. Siyahıda hamısının adı var. Demişəm ki, sabah həyatda olmasam, bu adamlar mühakimə olunsun. Siyahıda on adamın adı var. Onların arasında Xalq artisti, Əməkdar artist olanlar da var, prodüserlər də. Sayqanın adını açıq söyləyə bilərəm. Hər kəsə bəllidir ki, Sayqa ilə dəfələrlə qalmaqallarımız olub”.

Asya

Oxumağa davam et
Reklam
Reklam

Gündəm