Əməkdar artist Teymur Əmrahı BİABIR ETDİ: “Mənə dedi ki...”
Bizi izləyin

Magazin1

Əməkdar artist Teymur Əmrahı BİABIR ETDİ: “Mənə dedi ki...”

“Müəllimələrim olan Fidan və Xuraman Qasımova bacılarını görəndə onların əllərindən öpürəm. Fidan xanım zəng edib deyəndə ki, gələndə mağazadan mənə bir çörək al, qaça-qaça gedirəm. Çünki müəllimin zəhmətini yerə vurmaq olmaz”.

Bu sözləri Publika.az-a Əməkdar artist, müğənni Zaur Əmiraslanov Xalq artisti Flora Kərimova ilə Teymur Əmrah arasındakı qalmaqala münasibət bildirərkən deyib.

Teymur Əmrahı qınayan müğənni onu müəlliminə qarşı sayğılı olmağa səsləyib: “Zamanında Flora xanımla Teymur Əmrah ana-bala kimiydilər. Onu övladı kimi bəstəyib. İndi bu təhqirlər düzgün deyil. Flora xanım sənətimizin bahalı daş-qaşıdır, ona hörmətlə yanaşmaq, onun əllərindən öpmək lazımdır. Müəlliminə, ustadına hörmət etmək Hər bir sənətçinin borcudur”.

Z.Əmiraslanov özünün də bir vaxtlar Teymur Əmrahla aralarında gərginlik yaşandığını xatırlayıb: “Hər yerdə deyir ki, mən onun tələbəsiyəm. Yalan söhbətdir. Cəmi bir-iki dəfə onun otağına gedib-gəlmişəm, bu o demək deyil ki, o, mənə dərs deyib. Bir dəfə mötəbər məclislərin birində nüfuzlu bir şəxs məni Teymur Əmrahın tələbəsi kimi təqdim elədi, xoşuma gəlmədi. Dedim ki, mən onun tələbəsi deyiləm. Masada bizimlə bərabər əyləşən bir prodüser xanım narazılığını bildirdi ki, Teymur Əmrahın tələbəsi olanda nə olar? Dedim ki, ay xanım, mənim öz müəllimlərim var -Fidan Xuraman Qasımovalar, Ağakərim Kərimov. Əgər Teymur Əmrah məni müəllimi kimi təqdim edəndə ona maddi və mənəvi xeyir gəlirsə, qoy, desin. Amma mənim üçün bu təqdimatın bir xeyri yoxdur”.

Əməkdar artist Teymur Əmrahın tələbələrinin adlarını da sadaladı: “Teymur Əmrahın tələbələri Samir Cəfərov, Samir Piriyev, Ayaz Qasımov, Elton Hüseynəliyev və Pərvin Lətifovdur. Məclislərin birində dedi ki, mənimlə niyə sən deyə danışırsan, axı mən sənin müəlliminəm. Ona dedim ki, sən mənim müəllimim deyilsən. O ki, qaldı siz məsələsinə, əgər sənə siz desəm, onda Mübariz Tağıyevə gərək sizin kvadratını deyəm. Məni çölə çağırıb, dedi ki, niyə məni həmişə pərt edirsən. Dedim özün şərait yaratdım Teymur Əmrah birtərəfli oxuyur, amma mən həm vokal oxuyuram, həm caz, ariya və s.”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm