Fuad Poladov: “Gənclərin çəkdiyi filmlərə dəvət alsam...”
Bizi izləyin

Magazin1

Fuad Poladov: “Gənclərin çəkdiyi filmlərə dəvət alsam...”

“Gənclərin lentə aldığı filmlərə dəvət alsam, çəkilərəm. Çünki onlara dəstək olmaq lazımdır. Təbii ki, hər filmə yox, bunun üçün öz şərtlərim var”.

Bunu Publika.az-a açıqlamasında Xalq artisti, tanınmış aktyor Fuad Poladov deyib: “Birinci növbədə ssenarini oxuyuram, əgər xoşuma gəlirsə, çəkilməyə razılıq verirəm. İkincisi kiminlə tərəf-müqabili olacağım, o filmdə kimlərin çəkiləcəyi məni maraqlandırır. Qonorarla da bağlı öz şərtlərim olur. Əgər şərtlərim qarşı tərəfi razı salsa, filmə çəkilirəm”.

Xalq artisti, filmlərə çəkilməsinə baxmayaraq, özünü teatr aktyoru sayır: “Mən filmlərə son illər çəkilirəm. Əslində özümü daha çox teatra bağlı aktyor sayıram. Bununla belə hesab edirəm ki, əsl aktyor teatr və kinoya eyni gözlə baxmalıdır”.

Qeyd edək ki, “Nazlı” romantik komediya filmində İsmayılın atası Aslan rolunu canlandırıb. Filmin rejissoru Rəhman Rafiqoğludur.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm