Muxtar Maniyevin oğlu: “Hər şeyə hazırıq, təki atam yaşasın”
Bizi izləyin

Magazin1

Muxtar Maniyevin oğlu: “Hər şeyə hazırıq, təki atam yaşasın”

Xalq artisti, tanınmış aktyor Muxtar Maniyev ev şəraitində müalicəsini davam etdirir.

Aktyorun oğlu Tural Maniyev Publika.az-a açıqlamasında atasının səhhətinin normal olduğunu deyib: “Evdə olsa da, atamın başının üstündən həkimlər əskik olmur. Anam uşaq kimi nazını çəkir. Elə ağır xəstəliyin qarşısında Muxtar Maniyev sınmır, əksinə həyatla mübarizə aparır. Pozitivliyi onun çox köməyinə gəlir. Televizorda çəkildiyi filmləri görəndə üzünə təbəssüm qonur. Son vaxtlar keçmişi tez-tez xatırlayır. Hərdən soruşuram ki, ata, filan filmin çəkilişləri harada oldu, xatirələrin yadındadırmı? Gülümsəyir, hiss edirəm ki, aktyor kimi oynadığı rolları ilə fəxr edir. Huşu üstündədir, yemək yeyir. Amma həkimlər ona pəhriz təyin edib. Çünki şəkər və təzyiqdən əziyyət çəkir”.

T.Maniyev atasına göstərilən diqqət və qayğıdan da danışıb: “Elmi-Cərrahiyə Mərkəzinin reanimasiya şöbəsində müalicə olunarkən atamın maddi xərclərini Səhiyyə Nazirliyi qarşıladı. Qaldı ki, xərclərə, hər şeyə hazırıq, təki atam yaşasın, əlimizdən gələn hər şeyi eləməyə hazırıq”.

Qeyd edək ki, M.Maniyev ürək-qan dövranının pozulması və şəkər xəstəliyindən əziyyət çəkir.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm