Samiraldo ona hücum edən idmançının CAVABINI VERDİ: "Sən kimsən ki..." (YENİLƏNİB)
Bizi izləyin

Magazin1

Samiraldo ona hücum edən idmançının CAVABINI VERDİ: "Sən kimsən ki..." (YENİLƏNİB)

Dünən restoran açılışlarından birində stilist Samiraldo və idmançı Kamil Zeynallı iştirak edib.

Samiraldo Publika.az-a açıqlamasında baş verənlərdən şok yaşadığını və Kamillə məhkəmədə görüşəcəyini bildirib: “O kimdir ki, məni məclisdən çıxarır, əsəbimdən özümə gələ bilmirəm. Heç kimin ixtiyarı yoxdur ki, kimisə təhqir eləsin. Kamilə buradan səslənirəm, sən buna görə cavab verəcəksən. Özü də qanun qarşısında”.

***

Dünən restoran açılışlarından birində stilist Samiraldo və idmançı Kamil Zeynallı iştirak edib.

Məclisə daxil olan Samiraldo idmançının hədəfinə tuş gəlib. Mikrofonu əlinə alan idmançı stilistin nəslini, kökünü söyüb, təhqir edib. Bununla kifayətlənməyən K. Zeynallı stilistə meyvə atmağa başlayıb. K. Zeynallı bildirib ki, o oturduğu məclisdə yalnız kişilər otura bilər, Samiraldo kimilərin orada yeri yoxdur. Stilistin ünvanına küçə söyüşləri səsləndirən idmançı onun köməkçisini də kənara çəkib və təhqir edib.

Məsələni dəqiqləşdirmək üçün Samiraldo ilə əlaqə saxladıq. Stilist məsələni inkar etmədi. Samiraldo hələ də şokda olduğundan məsələ barədə danışmaq istəmədi. Ancaq tezliklə açıqlama verəcəyini bildirdi. (big.az)

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm