Çingiz Abdullayev: “Bunu nəvələrimə yaşatmamalıyam” - FOTOLAR
Bizi izləyin

Magazin1

Çingiz Abdullayev: “Bunu nəvələrimə yaşatmamalıyam” - FOTOLAR

Dünən "VII The First" mükafatlandırılma mərasimi keçirilib.

Dünən "VII The First" mükafatlandırılma mərasimi keçirilib.

Publika.az xəbər verir ki, Azərbaycanən Dövlət Müstəqilliyi Günü münasibəti ilə sənət adamları əldə etdiyi nailiyyətlərə görə mükafatlandırılıb.

İlin yazıçısı mükafatına layiq görülən Çingiz Abdullayev təəssüratlarını bölüşüb: "Bu gün müstəqilliyimizin 25 ili tamam olur. Qarabağ hadisələri baş verəndə mən cavan oğlan idim. 28 ildir ki, müharibə gedir, hələ qurtarmayıb. Fikiləşirəm ki, bunu nəvələrimə yaşatmamalıyam. Bunu gec-tez bizim nəslimiz həll etməlidir. Torpaqlarımızı bizim vaxtımızda almağı arzu edirəm, Qarabağda bayrağımızı dalğalandıraq, himnimizi səsləndirək".

Millət vəkili Qənirə Paşayeva mükafata layiq fəaliyyət göstərəcəyini vurğulayıb: "Mükafatı almaq asandır. Amma bu mükafat üzərimizə daha böyük məsuliyyət qoyur. Mükafata layiq işlər görməyə çalışacam. Bu mükafatı şəhid sinif yoldaşlarım, dostlarım, yaxınlarım və bütün şəhidlərim adına alıram".

Tədbirdə xalq artisti Məleykə Əsədova "İlin aktrisası", Elza Seyidcahan "İlin müğənnisi", modelyer Gülnarə Xəlilova "İlin modelyeri", Emin Bədəlovun isə sahibi olduğu şirkət "İlin turizm şirkəti" mükafatına layiq görülüb.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm