Rusiyanın teatr rəhbərləri Bakıda - - FOTOLAR
Bizi izləyin

Magazin1

Rusiyanın teatr rəhbərləri Bakıda - - FOTOLAR

Aralarında nüfuzlu teatr tənqidçisi Larisa Barikina da var.

Musiqili Teatrda “Teatr və multikulturalizm” mövzusunda keçirilən IV Bakı Beynəlxalq Teatr Konfransı çərçivəsində ölkəmizə gələn Rusiya Federasiyasının aparıcı teatr kollektivlərinin rəhbərləri ilə görüş keçirilib.

Teatrın mətbuat katibi Samir Sədaqətoğlu Publika.az bildirib ki, görüşdə Musiqili Teatrların Beynəlxalq Assosiasiyasının İcraçı direktoru Natalya Zıkova, Sverdlovsk Akademik Musiqili Komediya Teatrının baş direktoru Mixail Safronov, eləcə də Rusiya Federasiyasının nüfuzlu teatr tənqidçisi Larisa Barikina iştirak edib.

Musiqili Teatrın direktoru Əliqismət Lalayev Azərbaycan mədəniyyətinin inkişafı, beynəlxalq aləmdə tanıdılması istiqamətində görülən işlərdən danışıb.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm