Məşhur azərbaycanlı müğənni: “Tramp məni öz evimdən qovur” - - VİDEO
Bizi izləyin

Magazin1

Məşhur azərbaycanlı müğənni: “Tramp məni öz evimdən qovur” - - VİDEO

ABŞ prezidenti Donald Trampın 7 müsəlman ölkəsinin vətəndaşlarının ABŞ-a girişinə qadağası haqqında fərmanı minlərlə insana toxunub.

Publika.az baku.ws-ə istinadən xəbər verir ki, onlardan biri də əslən azərbaycanlı olan məşhur İran müğənnisi Ququşdur.

Müğənni “Euronews”a müsahibəsində deyib ki, Londondan Los-Ancelesə qayıtmalıdır. ABŞ-da “yaşıl kart” ilə yaşayan Ququş bu ölkəyə girə bilməyəcəyindən ehtiyat edir.

Azərbaycanlı müğənni 37 il bundan əvvəki hissləri yenidən yaşadığını bildirib:

“37 il əvvəl, 1980-ci ildə Londondan Tehrana qayıdanda xoşagəlməz nəticələri gözləyirdim və təəssüf ki, mənim gözləntilərim təsdiqləndi. Mən islam rejiminin hakimiyyətə gəlişindən sonra səhnəyə çıxa bilmirdim və 21 il oxuya bilmədim. Bir neçə gün əvvəl immiqrasiya məsələləri üzrə vəkillə danışdım və məndə yenidən hiss yarandı ki, aeroportda problemlər yarana bilər. ABŞ mənim ikinci evimdir, amma mən qorxuram ki, ölkəyə girişim qadağan edilə bilər. Çünki, mən müsəlmanam”, - deyə Ququş bildirib.

Müğənninin sözlərinə görə, Donald Trampın fərmanından sonra hiss etdi ki, onu onun ikinci evindən qovurlar:

“Əgər bu, həqiqətən baş verəcəksə, o halda özüm üçün yeni sığınacaq axtarmalı olacağam. Şengen zonası üçün vizanın müddəti bir neçə ay sonra qurtarır. İrana isə qayıda bilmərəm. Məni ABŞ-a buraxmasalar, yenidən neytral ölkəyə gedəsi olacağam”.

Qeyd edək ki, Ququş 1951-ci ildə Cənubi Azərbaycanda doğulub.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm