Nura Suri OD PÜSKÜRDÜ: "Təpənizdə sındıracam"
Bizi izləyin

Magazin1

Nura Suri OD PÜSKÜRDÜ: "Təpənizdə sındıracam"

Müğənni arxasınca danışan tanışlarına mesaj göndərdi/

Haqqında ən çox şayiə yayılan insanlar şou-biznes nümayəndələridir desək yanılmarıq. Onlar haqqında bəzən elə söz-söhbət çıxır ki, özləri belə mat-məəttəl qalır. Bu dəfə 3 oğul anası olan müğənni Nura Suri özü haqqında eşitdiklərindən hiddətlənib.

O, fikirlərini sosial şəbəkədə paylaşıb:

"Camaat lap xarab olub. Haqqımda dəxilsiz şeylər danışırlar. Deyiləsi deyil! Bütün günü ailəmlə, işimlə məşğulam. Həyat tərzim də göz önündədir. Sənətimlə əlaqədar 10 minlərlə tanımadığım insanlarla şəkillərim var. Rəfiqələrim və dostlarım 20 ildir yanımda olan insanlardır. Hamısı ilə ailəvi tanışıq. Yeni insanlarla yaxınlıq etməkdən çəkinirəm. Hər adamı yaxınıma buraxmıram. Ailəmlə daha çox vaxt keçirirəm. Üç övladıma, valideynlərimə hörmət olaraq artıq-əksik hərəkətlərə yol vermirəm. Heç kəsi də qınamıram... Kim necə bacarır, elə də yaşayır.

Özünüzə hörmət edin! Üzümə gülüb məni tanıyan insanların yanında qeybətimi etməyin. Sizin acığınıza daha da yaxşı olacağam. Baxıb ürəyiniz partlasın! Bundan sonra arxamca danışanlar mənə salam verməsin. Çünki həmin an əlimdə nə olsa, təpənizdə sındıracağam. Cındır gəlib, cındır da gedəcəksiniz". (istipress.com)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm