Əməkdar artistin xəstəxanaya yerləşdirilmə səbəbi bilindi: xəstəliyi yoxdur, amma... - - YENİLƏNDİ
Bizi izləyin

Magazin1

Əməkdar artistin xəstəxanaya yerləşdirilmə səbəbi bilindi: xəstəliyi yoxdur, amma... - - YENİLƏNDİ

Aktrisa Bakı Sağlamlıq Mərkəzində müalicə olunur.

“Əməkdar artist Naibə Allahverdiyeva ötən gecə gərgin vəziyyətdə xəstəxanaya yerləşdirilib. Onun ilkin müayinəsi aparılıb, tibbi baxımdan heç bir problemi yoxdur. Problem yalnız əsəbləri ilə bağlıdır”

Bu sözləri Publika.az-a Bakı Sağlamlıq Mərkəzinin nevrologiya şöbəsinin müdiri Şöhrət Talıbov deyib.

O bildirib ki, Əməkdar artist çox sarsıntı keçirib, əsəbləri gərgindir: “Həkimlərimiz onu müayinə edib. Təzyiqi normaldır, şəkəri yoxdur, insult əlamətləri müşahidə edilmir. Sadəcə psixo-emosional gərginliyi çoxdur. Xəstəxanaya yerləşdiriləndə əsəbdən titrəyirdi, ancaq ona lazımı yardım göstərilib indi vəziyyəti normaldır. Özünü yaxşı hiss edənə qədər xəstəxanada qalacaq, biz də əlimizdən gələn köməkliyi edəcəyik. Lakin hazırkı durumda onun daha çox mənəvi dəstəyə ehtiyacı var. Naibə xanımın problem sağlamlıqla bağlı deyil, şəxsi məsələlərdir, ona görə də yaxınlarının yanında olmasına ehtiyacı var”.

Gülxar

***

Əməkdar artist Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirilib.

Bu barədə Gənc Tamaşaçılar Teatrının aktyoru İlham Əsədov məlumat verib.

Bildirilib ki, aktrisa Bakı Sağlamlıq Mərkəzində müalicə olunur. Xalq artisti Yasin Qarayev hamını Naibə Allahverdiyevaya dəstək olmağa çağırıb:

“Əziz dostlar, hörmətli Naibə sevənlər, sənətə, sənətkara qiymət verənlər. Gəlin hamımız Naibə xanıma Allahdan şəfa diləyək. İnanıram ki, Naibə xanımda da olan bu müvəqqəti stress tez bir zamanda bitəcək, ötüşəcək. Və Naibə xanım bu sıxıntıdan tezliklə qurtaracaq”. (teleqraf)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm