Həmkarından Ayaz Salayevə SƏRT SÖZLƏR: “Bu ucuz, şüursuz...”
Bizi izləyin

Magazin1

Həmkarından Ayaz Salayevə SƏRT SÖZLƏR: “Bu ucuz, şüursuz...”

Rejissor, ssenarist Asif Rüstəmov Ayaz Salayevin Qarabağ haqqında çəkdiyi filmi kəskin tənqid edib.

Publika.az xəbər verir ki, hənmkannın ünvanına ağır ifadələr işlədən rejissor bu barədə fikirlərini yazılı şəkildə izləyicilərlə bölüşüb:

“Bu gün növbəti dəfə Ayaz Salayevin müəllifi olduğu Qarabağ haqqında “filmin” şahidi oldum. Bir qarabağlı kimi məni təhqir edən bu alçaldıcı məhsulun israrla kino günü, bədii əsər kimi nümayiş olunmasından utanc hissi duyuram. Heç vaxt həmkarlarımın işlərini ictimai müzakirə obyekti etməsəm də, bu primitiv, şüursuz, homo sapiens məntiqinə hesablanmış ucuz ekran məhsuluna öz etirazımı bildirməyi mənəvi borc hiss edirəm”.

Qeyd edək ki, ötən gün “Milli kino günü” münasibətilə Nizami Kino mərkəzində əməkdar incəsənət xadimi, rejissor Ayaz Salayevin “Qarabağın həsrət salnaməsi” layihəsi təqdim edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm